13.03.2017

Yevlax rayon Xaldan kənd tam orta məktəbində məktəblilər arasında “Şahin” hərbi idman oyununun final mərhələsi keçirilmişdir.

09 mart 2017-ci il tarixdə Yevlax rayon Xaldan kənd tam orta məktəbində Yevlax Şəhər Təhsil Şöbəsinin, Yevlax  Şəhər Gənclər və İdman İdarəsinin, Səfərbərlik və Hərbi xidmətə çağırış üzrə dövlət xidmətinin Yevlax rayon Şöbəsinin birgə tədbirlər planına uyğun olaraq məktəblilər arasında “Şahin” hərbi idman oyununun final mərhələsi keçirilmişdir.

Məktəblərarası zona yarışmasında 1-ci və 2-ci yeri tutan ümumilikdə 8 komanda final yarışmasında iştirak etmişdir.

Final mərhələsində bütün normativləri daha dəqiq və vaxtında yerinə yetirən rayonun Yuxarı Qarxun kənd tam orta məktəbi 1-ci yerə, Xaldan  və Qoyunbinəsi kənd tam orta məktəblərin komandaları isə müvafiq olaraq 2-ci və 3-cü yerə layiq görülmüşdür.

1-ci yerə çıxmış Yuxarı Qarxun kənd tam ortam komandası rayonlararası zona yarışmasında iştirak  etmək hüququ qazanmışdır.

.