11.04.2017

Şəhər 7 nömrəli tam orta məktəbdə Azərbaycan tarixi fənnindən açıq dərs keçirilmişdir.

07 aprel 2017-ci il tarixdə Yevlax şəhər 7 nömrəli tam orta məktəbdə Azərbaycan tarixi fənnindən açıq dərs keçirilmişdir.

V a sinfində fənn müəllimi Durna Musayevanın keçdiyi açıq dərsdə Şəhər Təhsil Şöbəsinin metodisti Mirtaleh İsmayılzadə, məktəbin rəhbər işçiləri, müəllimlər və digər məktəblərdən dəvət olunmuş fənn müəllimləri iştirak etmişdir.

“Mart soyqırımı” mövzusunda keçirilən dərsdə müasir təlim vasitələrindən  kompyuter, proyektor və xəritələrdən istifadə edilmiş, kurikulum və fəal dərsin mərhələlərinə uyğun şəkildə keçirilmişdir.