12.04.2017

Zona birinciliyinin qalibi

         Bakı şəhərində keçirilmiş idmanın sərbəst güləş növü üzrə zona birinciliyinə qatılmış Şəhər 4 nömrəli tm orta məktəbin IX sinif şagirdi Müşfiq Ocayev uğurlu qələbəyə imza atmışdır. Respublikanın əməkdar məşqçisi Tofiq Tağıyevin yetirməsi olan Müşfiq 59 kiloqram çəki dərəcəsində bütün rəqiblərinin kürəyini  yerə vuraraq zona birinciliyinin qalibi olmuşdur.

              Müşfiq Ocayev aprelin sonlarında keçirilməsi nəzərdə tutulmuş final yarışlarında qalib gələrsə, sərbəst güləş üzrə  Avropa birinciliynə vəsiqə qazanacaq və həmin mötəbər idman mübarizəsində öz qüvvəsini sınaya biləcəkdir