Yevlax rayon Salahlı kənd tam orta məktəbində 08 may 2017-ci il tarixdə Qarabağımızın əl bilbər güşəsi olan Şuşa şəhərinin Erməni qəsbkarları tərəfindən işğal olunmasının 25 illiyi ilə əlaqədar tədbir keçirilmişdir. Tədbirdə məktəbin müəllimləri, şagirdləri və valdeynlər iştirak etmişdir. Məktəbin tarix müəllimləri Şuşa şəhərinin işğalından və ermənilərin Dağlıq Qarabağda törətdikləri vəşiliklər barədə geniş məruzə ilə çıxış etmişlər.
Şagirdlər məktəbdə şəhidlərin xatirəsinə ucadılmış abidənin önünə güllər düzmüşlər.