4 may 2017-ci il tarixdə şəhər 1 nömrəli tam orta məktəbin IX-XI sinif şagirdləri qarşısında “Ağ ölümə, narkomaniyaya “yox” deyirik” mövzusuna həsr olunmuş növbəti tədbir keçirilmişdir. YAP Yevlax rayon təşkilatı Gənclər Birliyinin Rayon Polis Şöbəsi ilə birgə keçirdikləri tədbiri YAP Yevlax rayon təşkilatı Qadınlar Şurasının sədri, “Kür” qəzetinin baş redaktoru Əminə Yusifqızı açaraq, mövzunun aktuallığını vurğulayaraq öncə narkomaniyaya qarşı mübarizə tədbirlərinin daha da gücləndirilməsi və ictimai asayişin qorunması istiqamətindəki xidmətlərinə görə başda Şöbənin rəisi, polis polkovniki Vaqif Müslümov olmaqla RPŞ- nin əməkdaşlarına minnətdarlığını ünvamışdır.
Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Vaqif Müslümov tədbirin məqsədi barədə geniş məlumat vermiş, çox cinayətlərin kökü məhz erkən yaşlarından narkomaniyaya aludə olmaqdan, cəmiyyətimiz üçün təhlükəli və zərərli ünsürlərin təsiri altına düşməkdən başladığını bidirmişdir. Gənclərin gücünün və sağlam enerjilərinin əsl vətəndaş, elmli, bilikli, ləyaqətli insan kimi formalaşmağa sərv etməkərini tövsiyyə etmişdir.Erkən yaşlarından nikaha girməyin, radikal dini qrupların təsiri altına düşməyin zərəri və ciddi fəsadları barədə də danışmışdır.
Rayon Polis Şöbəsinin narkotiklə mübarizə qrupunun baş əməliyyat müfəttişi, polis kapitanı Bəhruz Bayramov ardıcıl və müntəzəm keçirdikləri əməliyyat-axtarış, maarifləndirici görüş və diskussiya xarakterli tədbirlərin nəticəsi olaraq ötən illərə nisbətən narkotik maddələrin dövriyyəsi və istifadəsi ilə məşğul olanların sayının nəzərə çarpacaq dərəcədə azaldığı, həmçinin rayon miqyasında narkotik asılılığından əziyyət çəkənlər haqqında faktların dili ilə rəsmi məlumat vermişdir.
Tədbirdə narkomaniyanın ciddi fəsadlarından bəhs edən videoçarx nümayiş etdirildkdən sonra şagirdləri maraqlandıran çoxsaylı suallar cavablandırılmışdır.
Tədbiri məktəbin direktoru Xalidə Əzizova yekunlaşdıraraq gənc nəslin sağlam böyüməsində, onların hərbi vətənpərvərlik ruhunda tərbiyə almasında, ən nəhayət, müstəqil respublikamıza layiq əsl vətəndaş kimi formalaşmasında bu görüşlərin böyük əhəmiyyəti olduğunu vurğulamış və tədbirin təşkilatçılarına pedaqoji kollektiv adından minnətdarlığını bildirmişdir.