Balakən şəhərində yeniyetmələr arasında XI respublika oyunlarının proqramına daxil olan sərbəst güləş yarışlarında şəhər 4 nömrəli tam orta məktəbin IX sinif şagirdi Müşfiq Ocayev də həmin yarışlara qatılmış, finalda 59 kiloqram çəki dərəcəsində fəxri kürsünün ikinci mükafatlı yerinə layiq görülmüşdür.
Məşqçi müəllim, SSRİ idman ustası, respublikanın əməkdar məşqçisi Tofiq Tağıyev 15 yaşlı gənc pəhləvanı 6 yaşından məşqlərə qatıldığını, perspektivli idmançı olduğunu daha böyük qələbələrə imza atacağını bildirmişdir.