05.05.2017

Yevlax şəhər 10 nömrəli tam orta məktəbdə Ədəbiyyat fənnindən açıq dərs keçirilmişdir.

01 aprel 2017-ci il tarixdə Yevlax şəhər 10 nömrəli tam orta məktəbdə Ədəbiyyat fənnindən açıq dərs keçirilmişdir.

Fənn müəllimi İlayə Hüseynovanın VII sinifdə Fikrət qocanın “Anamın sözləri” mövzusunda keçdiyi açıq dərsdə məktəbin müəllimləri və digər məktəblərdən dəvət olunmuş ədəbiyyat müəllimləri iştirak etmişdir.

Fəal dərsin mərhələlərinə uyğun şəkildə keçirilən açıq dərsin əsas diqqət çəkən məqamı isə dərsin 2 aprel 2016-cı il döyüşlərində övladlarını itirmiş şəhid analarına həsr olunması olmuşdur.