01.06.2017

28 may  Azərbaycan Demokratik Respublikasının yaranmasının 99-cu ildönümü  münasibətilə tədbir keçirilmişdir.

26 may 2017-ci il tarixdə Yevlax rayon Aşağı Qarxun kənd tam orta məktəbində 28 may  Azərbaycan Demokratik Respublikasının yaranmasının 99-cu ildönümü  münasibətilə tədbir keçirilmişdir.

Tədbirdə məktəbin rəhbər işçiləri, müəllim və şagird kollektivi iştirak etmişdir. Məktəbin fənn müəllimləri Azərbaycan Xalq Cümhuriyyətinin   mövcud olduğu cəmi 23 ay ərzində xalqımızın azadlıq, müstəqillik arzu və ideylarını daha da gücləndirmək istiqamətindəki xidmətindən və dövlətçilik ənənələrindən danışmışlar.