01.06.2017

Aran qəsəbə 1 nömrəli tam orta məktəbində 28 may  Azərbaycan Demokratik Respublikasının yaranmasının 99-cu ildönümü  münasibətilə tədbir keçirilmişdir.

29 may 2017-ci il tarixdə Yevlax rayon Aran qəsəbə 1 nömrəli tam orta məktəbində 28 may  Azərbaycan Demokratik Respublikasının yaranmasının 99-cu ildönümü  münasibətilə tədbir keçirilmişdir.

Tədbirdə məktəbin rəhbər işçiləri, müəllim və şagird kollektivi ilə yanaşı ətraf məktəblərdən dəvət olunmuş müəllimlər də  iştirak etmiş, ADR- in yaranmasının 99- cü ildönümü ilə əlaqədar geniş məruzə ilə çıxış edərək  bu tarixi günü Azərbaycan xalqının həyatında və milli təfəkkürümüzün formalaşmasında əlamətdar hadisə kimi dəyərləndirmişlər. Dövlət müstəqqiliyimizi itirdikdən sonra xalqımızın daha 70  il  Sovet imperiyasının əsarətində qaldığından, ötən əsrin 90-cı illərində – SSRİ dağıldıqdan sonra Azərbaycan xalqı ikinci dəfə müstəqqilliyinə qovuşmaq şansı qazandıqlarından bəhs etmişlər. Lakin o vaxt ölkə daxilində səriştəsiz siyasətçilər arasında gedən hakimiyyət davası nəinki müstəqilliyimizi, hətta Azərbaycanın dünya xəritəsində mövcudluğunu təhlükə altında olduğundan, belə bir məqamda xalq müdrik siyasi xadim Heydər Əliyev şəxsiyyətinə üz tutmuş və nəhayət bu dahi rəhbərin yeritdiyi uzaqgörən siyasəti ilə  Azərbaycan  güclü, qüdrətli  dövlət kimi  formalaşmasından şagirdləri məlumatlandırmışlar.