25.01.2016

Fənn olimpiadalarının birinci turu keçirildi.

                     

Məlum olduğu kimi,  ötən ildən  ölkəmizin  ümumtəhsil  məktəblərinin IX, X və XI sinif şagirdlərinin fənn olimpiadası respublika təhsil nazirinin 2015-ci il tarixli 1256 saylı  əmrinə əsasən yeni qaydalarla keçirilir. Yanvarın 17-də  2 saylı tam orta məktəb rayonun ümumtəhsil məktəblərinin IX, X və XI sinif şagirdlərinin ixtiyarına verilmişdi. Həmin gün fənn olimpiadasının ilk turuna qatılan 468 şagird 7 fənn üzrə – Azərbaycan dili və ədəbiyyatı, riyaziyyat, coğrafiya, tarix, fizika, kimya, biologiya, 5 şagird isə informatika fənnindən onlayn qaydada imtahan verirdilər. Test imtahanları başlamazdan öncə Şəhər Təhsil Şöbəsinin müdiri Zərifə Məmmədova şagirdlərə uğurlar arzuladı. Onu da fəxrlə bildirdi ki, möhtərəm  Prezidentimiz İlham Əliyev cənablarının təhsilə göstərdiyi diqqət və qayğı ildən ilə öz parlaq nəticəsini verir. Gənc nəslin elmi biliklərə yiyələnməsi üçün son illər təhsil sahəsində böyük islahatlar, o cümlədən təhsilin müasirləşdirilməsi həyata keçirilmiş, möhkəm maddi-texniki baza yaradılmışdır. Məhz bunun nəticəsidir ki, ümumtəhsil orta məktəblərini bitirən məzunlar test imtahanlarında yüksək bal toplayaraq ali və orta ixtisas məktəblərinə qəbul olunurlar. Təhsil Nazirliyinin xətti ilə hər il keçirilən fənn olimpiadaları da sizin intellekt inkişafınıza xidmət edir. İnanırıq ki, respublika turunda da siz rayonumuzu layiqincə təmsil edəcəksiniz.Şəhər Təhsil Şöbəsində Metodkabinetin direktoru Xaləddin  Niftəliyev bildirdi ki, test imtahanları üçün 25 sinif otağı ayrılıb. İmtahanların gedişini  izləmək üçün qeyri-ixtisas müəllimləriindən ibarət nəzarətçi qrupun tərkibi əvvəlcədən müəyyənləşdirilərək onlara yaddaş kitablçaları paylanıb. Onu da qeyd edim ki,  ilk turda 128 şagird Azərbaycan dili və ədəbiyyatı, 110 şagird riyaziyyat, 40 şagird coğrafiya, 61 şagird tarix, 45 şagird fizika, 38 şagird kimya, 46 şagird biologiya və 5 şagird isə informatika fənni üzrə onlayn qaydada öz biliklərini sınağa çəkəcəklər.

Test imtahanlarının nəticəsi isə 10 gündən sonra Respublika Təhsil Nazirliyi tərəfindən elan ediləcəkdir. Olimpiadanın ikinci turunun yarım finalı isə Mingəçevir şəhərində baş tutacaqdır.

 


Açar sözlər: ,  ,