08.02.2016

Xalqımızın qan yaddaşı

                 

Ucar stansiyasında yerli sakinlər içərisində SSRİ DİN-in daxili qoşunları olan qatarı dayandırıblar”“Dəvəçidə qatarları saxlayıb hərbçiləri axtarırlar” və sairə məlumatlar. Beləliklə, 20 Yanvar ərəfəsi həm Bakıda, həm də Azərbaycanın digər regionlarında gərginliyi süni surətdə artırırdılar.Bakıda Azərbaycan KP MK- nın binası qarşısında xalq oyuncaq respublika rəhbərliyinin istefasını tələb edirdi. Mitinq iştirakçıları qarşısına çıxmağa cəsarət etməyən Ə.Vəzirov yanvarın 18-də saat 9-30-da AXC nümayəndələri ilə görüşündə and içib bildirir ki, “Bakıda fövqəladə vəziyyət tətbiq edilməyəcək”. Axşam televiziya ilə dəyirmi masa arxasında çıxış edən Mixaylov, A.Kirenko, Ə.Daşdəmirov və M.Məmmədov xalqa Bakıda fövqəladə vəziyyət tətbiq edilməyəcəyini və belə bir tədbirin ümumiyyətlə nəzərdə tutulmadığını deyirlər. Bu vaxt DTK-nın (Dövlət Təhlükəsizlik Komitəsinin) daha bir diviziyasının və desant hissələrinin Bakıya yeridilməsi başa çatmaqda idi. Bu hərbi birləşmələrdə Şimali Qafqazda yaşayan erməni əsilli döyüşçülər də var idi.Nəticədə nə baş verdi? Həmin gecə Bakının müxtəlif rayonlarında qocalar, qadınlar, uşaqlar qətlə yetirildi. 121 nəfər həlak oldu, 700-dən artıq adam yaralandı. Sonrakı günlər də daxil olmaqla həlak olanların 132-si kişi, 5-i qadın, 4-ü isə uşaq olub.Bakı şəhərində fövqəladə vəziyyət tətbiq olunması haqqında SSRİ Ali Soveti Rəyasət Heyətinin 19 yanvar tarixli fərmanı isə yalnız yanvarın 20-də səhər saat 6-dan zirehli maşınların üzərində quraşdırılmış mikrofonla xalqa elan edilirdi.Həmin gün hərbi komendant general-leytenant Dubinyakın 1 nömrəli əmri ilə Bakıda fövqəladə vəziyyət elan edilir. Əmrdə deyilir: “Vətəndaşların təhlükəsizliyinin qorunması, müəssisələrin iş rejiminin saxlanması, kütləvi iğtişaşların olmaması üçün yanvarın 20-dən komendant saatı elan edilir”. Bakıda kütləvi tətillər başlanır. Paytaxtda və respublikanın rayonlarında müəssisələrin 80 faizi işləmir.Yanvarın 21-də o zaman Moskvada yaşayan Heydər Əliyev heç bir təhlükəyə baxmayaraq Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gedir. O, baş vermiş faciə ilə əlaqədar xalqımıza başsağlığı verir və mətbuat konfransı keçirib, başda Qorbaçov olmaqla Bakıdakı terror aktına rəvac verən dövlət nümayəndələrini və hərbçiləri cinayətkar, onların dinc əhaliyə tutduqları divanı bütöv bir xalqa qarşı edilən tarixi cinayət adlandırır.Bakı qırğınında ən təhlükəli hərbi silahlardan amansızlıqla istifadə olunub. Bunu yaralıları müayinə edən hərbi həkimlərin rəyləri də təsdiq edir. Belə güllələr insan bədəninə dəyəndə ya deşib çıxır, ya da hissələrə ayrılmadan və hərəkət istiqamətini dəyişmədən bədənin toxumalarında qalır.20 Yanvar xalqımızın milli mənliyinə, milli-azadlıq ruhuna qarşı təcavüz idi. Lakin Azərbaycan xalqı öz qürurunu itirmədi, onun iradəsi qırılmadı.

Xalqımızın qan yaddaşına silinməz faciə kimi yazılmış Qara Yanvar eyni zamanda tariximizin qəhrəmanlıq səhifəsidir. Məhz bu əzmin, iradənin sayəsində xalqımız müqəddəs arzusuna qovuşdu. Azərbaycan müstəqil dövlət kimi dünya birliyinə daxil oldu.