01.03.2016

Şəhər 4 nömrəli tam orta məktəbdə Zəlimxan Yaqub anıldı.

        

Məktəbimizdə  şairin anım günü tədbirinin keçirilməsi Zəlimxan Yaquba sonsuz sevgi, onun şəxsiyyətinə, yaradıcılığına ehtiramın təcəssümü idi.

Tədbiri məktəbin direktoru Mehriban İmanova açaraq belə tədbirlərin ədəbiyyatımızın təbliği baxımından əhəmiyyətini vurğuladı.

Məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi Bəsti Həsənova şairin həyat və çoxşaxəli yaradıcılığı barədə danışdı, onun sehirli saza, sözə məhəbbətindən, turançılıq ideyalarının təbliğindəki fəaliyyətindən söz açdı, şeirlərindən nümunələr söylədi.

Müəllimlər-Sədaqət Məmmədova, Gülnaz İsayeva, Mehparə Əliyeva, Sevinc Məmmədova və Uşaq Yaradıcılıq Mərkəzinin bədii qiraət dərnəyinin rəhbəri Xumar Quliyeva Zəlimxan Yaqub yaradıcılığının bədii məziyyətlərindən, onun vətənpərvərlik ruhlu şeirlərinin böyük oxucu rəğbəti və sevgisi qazanmasından danışdılar.

Tədbirdə şagirdlərdən Elmira Ləzgiyeva, Elmir Həsənli, Aytən Səlimzadə, Sitarə Mustafalı, Nəzrin Abdullayeva, Aysel Nəcəfova, Günel Qasımova, Aygün İbrahimova, Nigar Mahmudova şairin “Azərbaycan torpağıyam”, “Dur ayağa, məmləkətim”, “Döyüşən Türk, Oyanan Türküm, Qalxan Türk”, “Təbiət Allahın şah əsəridir”, “Sarıldığım sazdı mənim”, “Haqqa doğru yol gedirəm” şeirlərini söylədilər.

Şairin həyat və fəaliyyətindən, yaradıcılığından bəhs edən filmin nümayişi tədbiri daha maraqlı etdi.

       


Açar sözlər: ,  ,