Şəhər 1 nömrəli və Aran qəsəbə 1 nömrəli tam orta məktəblərinin XI sinif şagirdləri – Rahilə Əfəndili və Səmayə Atayeva sözügedən müsabiqənin qalibləri olmuşlar. Bu müsabiqə ŞTŞ tərəfindən artıq 3-cü dəfədir ki, şəhərimizdə baş tutur. Məqsəd şagirdlərin Azərbaycan və dünya ədəbiyyatı haqqında əhatəli biliklərini, oxuduqları bədii əsərlərin ictimai mahiyyətini, insanların mənəvi tərbiyəsiindəki rolunu, obrazlar barədə məntiqi fikirlərini müstəqil surətdə ifadə etməsidir.
Hər iki qalib münsiflər heyətinin qərarı ilə mart ayında Bakıda keçiriləcək respublika müsabiqəsində iştirak edəcəklər.