01.03.2016
Maraqlı tədbirlərin tez-tez keçirilməsi məktəbimizdə ənənə halını alıb. Azərbaycan Prezidenti İlham Əliyevin general Səməd bəy Mehmandarovun anadan olmasının 160 illiyinin dövlət səviyyəsində keçirilməsi ilə bağlı imzaladığı sərəncamla bağlı olaraq növbəti tədbir-dəyirmi masa generalın həyatı və fəaliyyətinə həsr olunmuşdu.Tədbiri məktəbin direktoru Zərxanım Əhmədova açaraq S.Mehmandarovun Azərbaycanın hərb tarixindəki rolundan, xalq və Vətən qarşısındakı misilsiz xidmətlərindən danışdı.Sonra dəyirmi masa iştirakçıları-məktəbin müəllimləri Əmiraslan Bəşirov, Cabir Yusifov, Elmira Həsənova, Sevil Əliyeva, Aynurə Hacıyeva, Sevda Abışova və başqaları böyük şəxsiyyət haqqındakı fikirlərini çatdırdılar. Bildirdilər ki, belə tədbirlərin keçirilməsi, xalq, Vətən qarşısında böyük xidmətləri olan simaların gənc nəslə tanıdılması olduqca təqdirəlayiq haldır və davamlı olmalıdır.