18.03.2016

Yevlax məktəbliləri “Ölkəmizi tanıyaq” devizi altında keçirilən tur-aksiyaya yenidən qoşulmuşdur.

                         

Məlum olduğu kimi   möhtərəm  Prezidentimiz  İlham  Əliyev  cənablarının   tapşırığı ilə artıq üçüncü  ildir ki, ölkəmizin  ümumtəhsil  məktəblərinin IX-XI sinif  şagirdlərinin  “Ölkəmizi tanıyaq!” devizi  altında tur-aksiyası keçirilir.  Bu səyahətlərin keçirilməsində məqsəd gənc nəsli tarixi, iqlimi, füsunkarlığı, gözəl təbiəti, zəngin milli-mənəvi dəyərləri, adət-ənənəsi, mədəni sərvətləri, qədim abidələri ilə seçilən ucsuz-bucaqsız Vətənimizi  yaxından tanış etmək, onlarda  doğma  yurda sonsuz sevgi, məhəbbət, onun hər bir qarışını  göz bəbəyi kimi qorumaq hisslərini daha da gücləndirməkdir.

İlk dəfə bu deviz  altında keçirilmiş aksiyada həmyerlilərimiz Oğuz, Qəbələ, İsmayıllı, Şəki şəhərlərinə  səyahət etmişdilər. Martın 16-da start  götürən aksiyada isə proqrama uyğun olaraq həmyerlilərimiz  ölkəmizin Cənub  bölgəsinə-Lənkəran, Astara, Lerik şəhərlərinə yollanırdılar. Rayonumuzun əlaçı şagirdlərindən  ibarət 40 nəfər məktəbli oğlan və qız, onların valideynləri həmin gün səhər tezdən  Heydər  Əliyev  Mərkəzinin önünə tolaşmışdılar.  Tur-aksiyanın iştirakçıları qarşısında Şəhər İcra  həkimiyəti  Başçısı Aparatının baş məsləhətçisi  Vaqif  Əliyev  çıxış edərək ilk  öncə onlara  Şəhər  İcra  Hakimiyyətinin Başçısı  Qoca  Səmədovun  təbrikini  çatırdı və aksiya  iştiakçılarını 4 gün davam edəcək  səfər  zamanı keçiriləcək tədbirlərdə rayonumuzu bilik və bacarıqları, nümunəvi davranışları, intellektual tədbirlərdə  fəal iştirakları ilə layiqincə təmsil etməyə çağırdı.

Sonra üzərinə “Ölkəmizi tanıyaq!” və “Yevlax” sözləri yazılmış xüsusi  forma  geyinmiş səyahət iştirakçıları  şəhərin baş meydanına gələrək ümummilli liderin möhtəşəm  abidəsi  önünə təzə-tər gül dəstələri düzdülar və əziz rəhbərin ölməz xariəsini bir dəqiqəlik sükutla yad edərək, onun  ideylarını daim yaşadacaqlarına söz verdilər. Elə oradaca  xatirə şəkli çəkdirdikdən sonra xüsusi  avtobusa əyləşərək   dövlət  yol polisi  əməkdaşlarının  müşayəti ilə  yola  düşdülər. Səfər zamanı  məktəblilərimizi Şəhər İcra  Həkimiyyəti Başçısı Aparatında yetkinlik yaşına çatmayanların  hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Fəxrəddin Zeynalov, Şəhər Təhsil Şöbəsinin əməkdaşları Etibar Məmmədov, Məhbubə  Hacıyeva, 5 saylı tam orta məktəbin direktor müavini  Elman Əlibəyli və Mərkəzi Şəhər Xəstəxanasının həkimi Məhərrəm Məmmədov müşayiət edirlər.

Beləliklə Yevlax-Lənkəran-Astara-Lerik marşrutu ilə səyahətə çıxan həmyerlilərimizi 4 gün ərzində maraqlı ekskursiyalar, gəzintilər, bilik  yarışmaları, hər şeydən  öncə mavi gözlü Xəzərin ləpədöyənində qərar tutmuş, subtropik iqlimi ilə dünyaca məşhur bir bölgənin qonaqpərvər insanları, ləvəngili ziyafət süfrələri gözləyir.