18.09.2017

“Bilik günü” Şəhər 1 nömrəli tam orta məktəbdə də təntənəli şəkildə qeyd edilmişdir.

         15 sentyabr “Bilik günü” Respublikamızın hər yerində olduğu kimi Yevlax rayonunun məktəblərində də təntənəli şəkildə qeyd olunur.

       15 sentyabr “Bilik günü” ilə əlaqədar Yevlax şəhər 1 saylı tam orta məktəbdə də tədbir keçirilmişdir. Tədbirdə məktəbin müəllim kollektivi, şagirdlər və şəhərin ilk mətbuat orqanı olan “Kür” qəzeti redaksiyasının rəhbərliyi ilə yanaşı, məktəbdə ilk addımlarını atan birincilər və onların valideynləridə iştirak etmişdir.