18.09.2017

Yuxarı Qarxun kənd tam orta məktəbində “Bilik günü” və “Cocuq Mərcanlı-tarixi qayıdışın başlanğıcı” münasibəti ilə tədbir keçirilmişdir. ​

15 sentyabr 2017-ci il tarixdə Yuxarı Qarxun kənd tam orta məktəbində “Bilik günü” və “Cocuq Mərcanlı-tarixi qayıdışın başlanğıcı” münasibəti ilə tədbir keçirilmişdir. Tədbirdə məkrtəb rəhbərliyi, müəllim kollektivi, valideynlər, şagirdlər, Təhsil Şöbəsinin nümayəndəsi Natiq müəllim, sahə müvəkkili Məmmdəov Saleh, Məktəb Valideyn Komitəsinin sədri Babayev Sadiq iştirak etmişlər.

Tədbiri giriş sözü ilə açan məktəbin direktor əvəzi Gülnar Məmmədova yığıncağın səbəbini, məqsədini qeyd etdi. Məktəbə yeni qədəm qoymuş birinciləri və onların valideynlərini təbrik edərək, işğaldan azad olunan  Cocuq Mərcanlı kəndində aparılan quruculuq və abadlıq işlərindən söz açmışdır. Daha sonra məktəbin tarix müəllimi Sevdayə Baxışova öz çıxışında Cocuq Mərcanlı kəndinin tarixi haqqında məlumat vermiş,  məktəb Valideyn Komitəsinin sədri Sadiq Babayevin məruzəsi dinlənilmiş, şagirdlərin şeirləri səslənmişdir.

Tədbirdə həmçinin məktəbimizə yeni təyin olunmuş fənn müəllimləri kollektivə təqdim olunmuş, yeni təyin olunmuş müəllimlər and içmişlər.