06.10.2017

5 oktyabr – Beynəlxalq Müəllimlər günü münasibətilə Yevlax şəhər Təhsil Şöbəsində təntənəli şəkildə tədbir keçirilmişdir.

5 oktyabr – Beynəlxalq Müəllimlər günü münasibətilə Yevlax şəhər Təhsil Şöbəsində təntənəli şəkildə tədbir keçirilmişdir.

Yevlax Şəhər Təhsil şöbəsinin müşavirə zalında  keçirilən tədbirdə Yevlax şəhər İcra Hakimiyyəti başçısının müavini Elnarə Məmmədova, şəhər İcra Hakimiyyətinin məsul işçisi Vaqif Əliyev, təhsil şöbəsinin işçiləri, məktəb direktorları və müəllimlər iştirak etmişlər.

Tədbiri giriş sözü ilə Şəhər təhsil Şöbəsinin müdiri Zərifə Məmmədova açaraq, neçə-neçə dahiləri, alimləri, hakimləri, şairləri, sənət adamlarını yetişdirən, göylərə ucaldan, uca və şərəfli peşə sahibləri olan müəllimlərin beynəlxalq səviyyədə qeyd edilən “Müəllimlər günü” münasibətilə təbrik etmişdir.

Tədbirdə Şəhər İcra Başçısının müavini Elnarə Məmmədova və rayonun qabaqcıl müəllimləri çıxış etmişlər.

Sonda müəllimlərin peşə bayramı ilə əlaqədar bir qrup qabaqcıl müəllim şəhər İcra Hakimiyyətinin və Şəhər təhsil Şöbəsinin Fəxri Fərmanları və qiymətli hədiyyələri ilə ilə təltif edilmişlər.