06.10.2017

Yevlax şəhər 1 nömrəli tam orta məktəbdə Beynəlxalq Müəllimlər günü münasibətilə tədbir keçirilmişdir.

5 oktyabr 2017-ci il tarixdə Yevlax şəhər 1 nömrəli tam orta məktəbdə Beynəlxalq Müəllimlər günü münasibətilə tədbir keçirilmişdir.

Məktəbin bayramsayağı bəzədilmiş geniş idman zalında təşkil edilmiş bədii-musiqili tədbirdə məktəbin müəllim kollektivi, şagirdlər və valideynlər iştirak etmişdir.

Məktəbin direktoru Xalidə Əzizovanın giriş sözü ilə tərbiri açıdıqdan sonra Azərbaycan Respublikasının dövlət himni səsləndirilmişdir.

Tədbirdə məktəbin direktor müavini Afdandil Mikayılov, müəllimlər və valideynlər çıxış etmiş, müəllimləri Beynəlxalq Peşə bayramı münasibətilə təbrik edərək müqəddəs müəllim adını həmişə uca tutacaqlarını bildirmişlər.

Tədbir şagirdlərin vətən, bayraq, müəllim haqqında söylədiyi şeirlərlə, musiqi sədaları altında oxuduqarı mahnı və rəqslərlə davam etmişdir.