20.10.2017

Yevlax rayon Nərimanabad kən tam orta məktəbdə Azərbayan tarixi fənnindən açıq dərs keçirilmişdir.

19 oktyabr 2017-ci il tarixdə Yevlax rayon Nərimanabad kən tam orta məktəbdə Azərbayan tarixi fənnindən açıq dərs keçirilmişdir.

Məktəbin tarix müəllimi Mətanət Babayevanın VII sinifdə apardığı açıq dərs Azərbaycan tarixi fənnindən “Babəkin başçılığı altında azadlıq hərəkatı” mövzusunda olmuşdur. Dərsdə müasir təlim vasitələri, kompyuter, elektron lövhə, proyektor və xəritələrdən istifadə edilmişdir.

Fənn müəllimi Mətanət Babayevanın elektron lövhədə mövzuyla bağlı təqdim etdiyi slaydlar və xalqımızın tarixi qəhrəmanı Babək Xürrəmi haqqında çəkilmiş filmdən fraqmentlər göstərməsi dərsin daha maraqlı və yaddaqalan olmasına səbəb olmuşdur.

Keçirilən dərsdə Yevlax şəhər Təhsil şöbəsinin metodisti Mirtaleh İsmayılzadə, Şəhər 5 nömrəli tam orta məktəbin və həmin ərazidə yerləşən kənd məktəblərinin tarix müəllimləri iştirak etmişdir.