02.11.2017

Yeniyetmələr arasında “Xəmsə” Milli İntellektual oyununun V Azərbaycan çempionatının I mərhələsi keçirilmişdir.

Yevlax şəhər Təhsil şöbəsi və Yevlax şəhər Gənclər və İdman İdarəsi ilə birgə yeniyetmələr arasında “Xəmsə” Milli İntellektual oyununun V Azərbaycan çempionatının I mərhələsi keçirilmişdir.

31 oktyabr 2017-ci il tarixdə Uşaq Gənclər İdman-Şahmat məktəbində keçirilən yarışmada şəhər məktəblərinin X və XI sinif şagirdlərindən ibarət 8 komanda iştirak etmişdir.

Yarışdan əvvəl Şəhər İcra Hakimiyyəti başçısının I müavini Qənimət Qaraşov çıxış edərək yarış iştirakçılarına uğurlar arzulayaraq, vətənimiz və dövlətimiz üçün elimli, bilikli, intellaktual gənc kimi yetişmələrini bunun üçün yaxşı oxamaqlarını və səylə çalışmaqlarını tövsiyyə etmişdir.

Yarışmada şəhər 3 nömrəli tam orta məktəbin komandası yüksək nəticə göstərərək oyunun qalibi olmuşdur. Qalib gəlmiş komanda isə keçiiləcək zona turunda rayonumuzu təmsil edəcəkdir.

Sonda qaliblərə şəhər Gənclər və İdman İdarəsi tərəfindən kubok və diplomlar təqdim olunmuşdur.