10.11.2017

9 noyabr “Bayraq günü” məktəblərdə qeyd olunmuşdur.

9 noyabr “Bayraq günü” münasibətilə rayonun bir sıra məktəblərində silsilə tədbirlər keçirilmişdir.

Yevlax şəhər 1 nömrəli, şəhər 5 nömrəli, Aşağı Qarxun kənd, Salahlı kənd və Kövər kənd tam orta məktəblərində keçirilən tədbirlərdə məktəblərin müəllim kollektivi, şagirdlər və valideynlər iştirak etmişdir.

Tədbirdə çıxış edən natiqlər dövlətçiliyimizin rəmzi olan üç rəngli bayrağımızın tarixi salnaməsindən, ölkə başçısı, Prezident cənab İlham Əliyevin Dövlət bayrağına verdiyi yüksək qiymətdən, dövlətimizin və dövlətçiliyimizin inkişafı üçün aparılan davamlı və uğurlu siyasətdən danışmışlar.

Tədbirdə şagirdlər dövlətçiliyimizə və bayrağa aid şeirlər söyləmiş, mahnılar oxumuşlar.


Açar sözlər: