15.11.2017

14 noyabr “Uşaq hüquqları aylğı” çərçivəsində maarifləndirici tədbir təşkil olunmuşdur.

14 noyabr “Uşaq hüquqları aylığı” çərçivəsində maarifləndirici tədbir təşkil olunmuşdur.

Yevlax şhər Təhsil Şöbəsinin 19 oktyabr 2017-ci il tarixli 68/3 nömrəli əmrinin icrası ilə əlaqədar Kövər kənd tam orta məktəbin fəaliyyət planına uyğun olaraq keçirilən tədbirdə Uşaq Hüquqları Konvensiyasının icrasının təmin edilməsi istiqamətində respublikamızda bir sıra tədbirlər həyata keçirilməsindən və  Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə təsdiq edilən “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”nda əhalinin müxtəlif qruplarının, o cümlədən də uşaq hüquqlarının müdafiəsi ilə bağlı təsbit olunan müddəaların uğurla həyata keçirilməsindən bəhs edilmişdir.

         Müəllim və şagirdlərinin iştirak etdiyi tədbirdə məktəb psixoloqu Asəf Almədətov uşaqların hüquqları haqqında çıxışlar etmiş, şagirdlərin suallarını cavablandırmışdır.


Açar sözlər: ,