23 noyabr 2017-ci il tarixdə Yevlax rayon Hacımahmudlu kənd ümumi orta məktəbində Azərbaycan tarixi fənnindən “Azərbaycanın iki imperiya arasında bölüşdürülməsi” mövzusunda açıq dərs keçirilmişdir. Fənn müəllimi Şəhanə Musazadənin VIII sinifdə keçdiyi dərsdə fəal təlim metodlarından, əlavə resurs və vasitələrdən istifadə etməklə dərsi müasir təlim proqramının mərhələlərinə uyğun olaraq aparmasına nail olmuşudur. Dərsdə şagirdlərin qrup şəklində əməkdaşlığı və fəallığı hiss olunmuşdur.
Açıq dərsdə Yevlax şəhər Təhsil şöbəsinin metodisti Mirtaleh İsmayılzadə, məktəb rəhbərliyi və müəllimləri iştirak etmişdir.Sonda dərsin müzakirəsi zamanı gənc müəllimə dərs haqqında müəyyən fikirlər və tövsiyyələr səsləndirmişdir.