23.11.2017

Yevlax rayon Yuxarı Qarxun kənd tam orta məktəbində Azərbaycan dili fənnindən  açıq dərs keçirilmişdir.

23 noyabr 2017-ci il tarixdə Yevlax rayon Yuxarı Qarxun kənd tam orta məktəbində Azərbaycan dili fənnindən  “Cümlə” mövzusunda açıq dərs keçirilmişdir. Fənn müəllimi, gənc kadr Məhruzə İbrahimova IX sinifdə tədris etdiyi dərsdə müasir təlim texnologiyalarından, hazırladığı resurslardan səmərəli istifadə etməklə məqsədinə nail olmuşdur.

Qiymətləndirmə mərhələsində şagirdlər tərəfindən fəalların seçimi aparılmış, 2 nəfər şagird “Fəxri Fərman” la təltif olunmuşdur.

Dərsdə Yevlax Şəhər Təhsil Şöbəsinin Metodkabinet müdiri Xaləddin Nİftəliyev, metodist Sabir Alıyev, məktəb rəhbərləri və fənn müəllimləri iştirak etmişdir.

Sonda iştirakçılar dərs haqqında öz fikirlərini bildirmiş, gənc müəllimə müvafiq tövsiyyələr verilmişdir.

 


Açar sözlər: