23 noyabr 2017-ci il tarixdə Yevlax şəhər 3 nömrəli tam orta məktəbdə Azərbaycan tarixi fənnindən “Son tunc və ilk dəmir dövrü” mövzusunda açıq dərs keçirilmişdir. Fənn müəllimi, təcrübəli müəllim Mükünat Məmmədovanın VI sinifdə keçdiyi dərsdə fəal təlim metodlarından, illisturasiyadan, əlavə resurs və vasitələrdən istifadə etməklə dərsi müasir təlim proqramının mərhələlərinə uyğun olaraq aparmasına və şagirdlərin fəal iştirak etməsi üçün işgüzar mühitin yaradılmasına nail olmuşdur. Dərsdə şagirdlərin qrup şəklində əməkdaşlığı və fəallığı hiss olunmuşdur.
Açıq dərsdə Yevlax şəhər Təhsil şöbəsinin metodisti Mirtaleh İsmayılzadə, məktəb direktoru Sevda Səmədava, ətraf məktəblərin və məktəbin fənn müəllimləri iştirak etmişdir.Sonda dərsin müzakirəsi zamanı iştirakılar dərs haqqında müəyyən fikirlər və tövsiyyələr səsləndirmişdir.