28.11.2017

Yevlax Şəhər Təhsil Şöbəsinin akt zalında yığıncaq təşkil olunmuşdur.

Azərbaycan Respublikası Təhsil Nazirinin 06 may 2017-ci il tarixli K-560/1 nömrəli əmri ilə təhsilin inkişafındakı xidmətlərinə görə  Yevlax şəhər 5 nömrəli tam orta məktəbin ingilis dili müəllimi Elza Əhmədova,   şəhər 9 nömrəli tam orta məktəbin tarix  müəllimi  Nuranə Rəhimova, Aran qəsəbə 1 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi Kəmalə Cəbiri,  Qaraoğlan kənd tam orta məktəbin direktoru Ağalar Həsənov  “Azərbaycan  Respublikası   Təhsil Nazirliyinin  Fəxri Fərmanı” ilə təltif olunmuşlar.  Yevlax şəhər təhsil işçilərinin ümumi yığıncağında Şəhər Təhsil Şöbəsinin  müdiri Zərifə Məmmədova  “Fəxri Fərman”ları  təntənəli şəkildə təqdim etmiş, onlara daha böyük uğurlar arzulamışdır.  Təltif  olunan müəllimlər yaradılmış şəraitə görə  Ölkə Prezidentinə və Təhsil Nazirliyinə minnətdarlıqlarını bildirmişlər.   

Yığıncaqda Şəhər Təhsil  Şöbəsi  Metodiki kabinetinin  direktrou  Xaləddin Niftəliyev “Ümumi təhsildə keyfiyyət ili” ilə əlaqədar  görülmüş işlər və qarşıda duran vəzifələr barədə geniş məlumat verdi.


Açar sözlər: