29.11.2017

29 noyabr 2017-ci il tarixdə Yevlax şəhər 1 nömrəli tam orta məktəbdə müsabiqə keçirilmişdir.

      29 noyabr 2017-ci il tarixdə Yevlax şəhər 1 nömrəli tam orta məktəbdə VI sinif şagirdləri arasında fənlərə münasibət və özünü qiymətləndirmə adı altında müsabiqə keçirilmişdir.

    Müsabiqədə iştirak edən şagirdlər təqdim etdikləri fənləri nə üçün sevdiklərini və fənlərin təbiət ünsürlərinə necə bənzədiklərini əl işləri vasitəsilə göstərmişlər.

    Müsabiqəsnin məqsədi şagirdərin dərsə marağının artırılması, onların bilik və bacarıqlarının stimullaşdırılması və şagirdlərin arasında sağlam rəqabətliliyin yaradılması olmuşdur.

    Sonda şəhər 1 nömrəli tam orta məktəbin direktoru Xalidə Əzizova müsabiqəsə fərqlənən şagirdlərə “Fəxri Fərman” lar təqdim etmişdir.


Açar sözlər: ,