30.11.2017

Fövqəladə Hallar Naziriyinin Aran Regional Mərkəzi Yevlax şəhər 5 nömrəli tam orta məktəbin şagirdləri ilə görüş keçirilmişdir.

30 noyabr 2017-ci il tarixdə  Fövqəladə Hallar Naziriyinin Aran Regional Mərkəzi Yevlax şəhər 5 nömrəli tam orta məktəbin şagirdləri ilə görüş keçirilmişdir.Tədbirin keçirilməsində əsas məqsəd yuxarı siniflərində təhsil alan və fövqəladə hallar orqanlarına işə maraq göstərən şagirdləri bir araya toplayaraq onları nazirliyin, o cümlədən mərkəzin fəaliyyəti ilə daha yaxında tanış etmək, şagirdləri maraqlandıran sualları cavablandırmaq olmuşdur.

Keçirilən tədbirdə Aran Regional Dövlət Yanğına Nəzarət idarəsinin, Mərkəzin Xüsusi Xilasetmə, Yevlax rayon Dövlət Yanğından Mühafizə hissəsinin əməkdaşları iştirak etmişdir.

Tədbir praktik və nəzəri olmaqla iki hissədən ibarət olmuşdur. Mərkəzin rəisi polkovnik-leytenant Asif Məmmədli qarşılayaraq tədbirin məqsədi haqqında şagirdləri məlumatlandırmışdır.

İlk öncə tədbir şagirdlərin maarifləndirilməsi üçün Ulu öndər Heydər Əliyevin Mərkəzdə yerləşən büstünün önünə çiçəklər qoyulması və Mərkəzin inzibati binasında açılan həyat və fəaliyyətini əks etdirən güşənin tanışlığı ilə başlamış, akt zalında isə tədbir iştirakçılarına fövqəladə hallar barədə ümumi məlumatların, Fövqəladə Hallar Nazirliyinin yaranması və fəaliyyəti ilə bağlı videoçarxın nümayişi ilə davam etmişdir.

Sonra yanğınsöndürmə avtomobilinin işə salınması və yanğının söndürülməsi tapşırığı yerinə yetirilmiş, yaralılara ilk tibbi yardımın həyata keçirilmə yolları izah olunmuşdur.

Tədbirin sonunda şagirdləri maraqlandıran suallar ətraflı cavablandırılmışdır.


Açar sözlər: ,