04.12.2017

01 dekabr  2017-ci il tarixdə Yevlax rayon Əkşəm kənd tam orta məktəbində “Riyaziyyat gecəsi” keçirilmişdir.

       01 dekabr  2017-ci il tarixdə 2017-2018-ci tədris ilində “Ümumi təhsildə keyfiyyət ili” elan olunması ilə bağlı Yevlax rayon Əkşəm kənd tam orta məktəbində “Riyaziyyat gecəsi” keçirilmişdir. Gecəni giriş sözü ilə məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Şəlalə Haqverdiyeva açmışdır.

Məktəbin riyaziyyat müəllimi Müşfiqə Əzizovanın şagidlərlə birlikdə hazırladığı ”Riyaziyyat gecəsi”ndə Yevlax şəhər İcra Hakimiyyətinin nümayəndəsi Hümbət Əhmədov, Şəhər Təhsil Şöbəsinin metodkabinet müdiri Xaləddin Niftəliyev, Şəhər təhsil şöbəsinin riyaziyyat-informatika fənləri üzrə metodisti Yeganə Məmmmədova, qonşu məktəblərin fənn müəllimləri və valideynlər iştirak etmişdir.

Tədbir şagirdlərin canlı ifasında Azərbaycan Dövlət Himninin səsləndirlməsi ilə başlamışdır.

Tədbirdə müxtəlif peşə sahibərinin, dünya alimlərinin riyaziyyat haqqında maraqlı fikirləri səsləndirilmiş, rəqəmlərin və hərflərin mübahisəli səhnəcikləri göstərilmiş, şagirdlər milli geyimlərdə gözəl rəqslər ifa etmişlər.

Maraqlı keçən tədbir “Azərbaycan” mahnısının sədaları altında yekunlaşmışdır.

Sonda qonaqlar və məktəb rəhbərləri çıxış edərək tədbir barədə fikirlərini bildirmişdir.


Açar sözlər: