7 dekabr 2017-ci il tarixdə Yevlax şəhər 5 nömrəli tam orta məktəbdə rayon ərzisində yerləşən “N” saylı hərbi hissənin zabitləri ilə məktəbin X və XI sinif şagirdlərinin görüşü keçirilmişdir.
Tədbirdə “N” saylı hərbi hissənin bir neçə zabiti, ŞTŞ-nın hərbi metodisti Natiq Hüseynov, məktəbin direktoru və Gənclərin Çağırışaqədərki Hazırlığı Rəhbəri İlkin Möhsünlü iştirak etmişdir.
Görüşdə məqsəd şagirdlərdə vətənpərvərlik ruhunu yüksəldilməsi, onlara praktiki olaraq atıcı pilotların natamam sökülüb yığılması qaydaları öyrədilməsi olmuşdur.
Hərbi hissəsnin zabitləri və məktəbin Gənclərin Çağırışaqədərki hazırlığı rəhbəri şagirdləri silahların texniki qaydaları haqqında ətraflı məlumat vermişlər.
Keçirilən görüş şagirdlərin böyük diqqət və marağına səbəb olmuşdur.