11.12.2017

Yevlax rayon Salamabad kənd tam orta məktəbində “Ədəbiyyat biliciləri” müsabiqəsinin məktəb mərhələsi keçirilmişdir.

8 dekabr 2017-ci il tarixdə Yevlax rayon Salamabad kənd tam orta məktəbində “Ədəbiyyat biliciləri” müsabiqəsinin məktəb mərhələsi keçirilmişdir.

Məktəb direktorunun əmri ilə yaradılmış işçi qrupu  məktəb üzrə VIII və XI sinif şagirdləri arasından Azərbaycan və dünya ədəbiyyatı nümunələrini davamlı mütaliə edən ən layiqli şagidləri seçmişlər.

X sinif şagirdi Gülçin Həsənova və XI sinif şagirdi Şəhanə Cabbarova məktəb mərhələsinin qalibi olmuşlar.