11.12.2017

8 dekabr 2017-ci il tarixdə Yevlax şəhər 8 nömrəli tam orta məktəbdə dəyirmi masa keçirilmişdir.

8 dekabr 2017-ci il tarixdə Yevlax şəhər 8 nömrəli tam orta məktəbdə “İslam Həmrəyliyi ili”  çərçivəsində “Milli-mənəvi dəyərlər haqqında düşüncələrim” mövzusunda dəyirmi masa keçirilmişdir.

Məktəbin kitabxanasında keçirilən tədbirdə məktəbin IX və XI sinif şagirdləri iştirak etmişdir.

Tədbirdə məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi Gülnar Məcnunova mövzuyla bağlı şagirdlərə ətraflı məlumat vermiş, şagirdlərin suallarını cavablandırmışdır.