11.12.2017

Yevlax rayon Salamabad kənd tam orta məktəbdə VIII-XI sinif şagirdlərinin iştirakı ilə müzakirə keçirilmişdir.

11 dekabr 2017-ci il tarixdə Yevlax rayon Salamabad kənd tam orta məktəbdə  “Təhsil müəssisələrində uşaq və gənclərin inkişafı, Milli-mənəvi və ümumbəşəri dəyərlər ruhunda tərbiyə olunması tərbirlərinin gücləndirilməsi haqqqında” Azərbaycan Respublikası Təhsil Nazirliyi və Dini qurumlarla iş üzrə Dövlət komitəsinin birgə fəaliyyət planının icrası ilə əlaqədar tədbir keçirilmişdir.

Tədbirdə VIII-XI sinif şagirdlərinin iştirakı ilə Azərbaycan xalqının milli-mənəvi və ümumbəşəri dəyərlərinə həsr edilmiş rəy sorğuları, diskusiya və “Milli-mənəvi dəyərlər haqqında düşüncələrim” inşa müsabiqəsinin müzakirəsi keçirilmişdir.

Məktəbin  IX sinif şagirdi Hüseynova Aysu Nəcəf qızı müsabiqəsinin qalibi olmuşdur.