12 dekabr 2017-ci il tarixdə Yevlax şəhər 1 nömrəli, 4 nömrəli, 6 nömrəli, 10 nömrəli, Aşağı Qarxun kənd, Salahlı kənd tam orta məktəblərində Ümummilli liderimiz Heydər Əliyevin anım günü ilə bağlı tədbirlər keçirilmişdir.
Məktəb rəhbərləri müvəkkil dünya şöhrətli ictimai-siyasi xadim Heydər Əliyevin Azərbaycanın dövlətçilik tarixində göstərdiyi əvəzsiz xidmətləri şagirdlərin diqqətə çatdıraraq, onun öz xalqını ən çətin vəziyyətlərdən çıxardığını, düzgün yol göstərdiyini, taleyüklü məsələlərin həllində daim müdrik məsləhətçi kimi çıxış etdiyini bildirmişlər.
“Azərbaycan dünyaya günəş kimi doğacaq” sözlərini söyləyən bu fenomen şəxsiyyətin ən böyük amalı müstəqil dövlətimizin davamlı inkişafına nail olmaqdan, ümummilli liderin respublikamızın hər bir sahəsinin, iqtisadiyyat, elm, təhsil və mədəniyyətinin inkişafına, əhalinin bütün qruplarının hüquqlarının müdafiəsi və təmininə böyük diqqət göstərdiyi vurğulanmışlar.
Anım günü ilə bağlı keçirilmiş tədbirlərdə şagirdlərin ifasında müxtəlif vətənpərvərlik mövzusunda səhnəciklər, çıxışlar, mahnı və şeirlər nümayiş etdirilmişdir.