24 noyabır 2017 ci il tarixdə Yevlax Şəhər 3 nömrəli tam orta məktəbdə məktəbin fəaliyyət planına uygun olaraq “uşaq huquqlarının qorunmasında məktəb və valideyinlərin vəzifələri ” adı altında marifləndirici tədbir keçirilmişdir.
Müəllim və şagirdlərin iştirak etdiyi bu tədbirdə məktəbin psixoloqu Ofelya Əsədova uşaqların huquqları və onların müdafiəsi haqqında cıxış etmiş, Ulu öndərin müəyyənləşdirdiyi dövlət uşaq siyasətinin bu gün ölkə prezidenti cənab İlham Əliyev tərəfindən ugurla davam etdirilməsi haqqında geniş söhbət açmışdır.
Tədbirdə Uşaq Birliyi Təşkilatı Rəhbəri Kəmalə Hacıyeva, fənn müəllimi Südabə Əlizadə uşaqların hüquqlarını müdafiə edən Uşaq Hüquqları Konvensiyasının maddələri haqqında ətraflı çıxış etmişlər.