29.11.2017

“Ümumi təhsildə keyfiyyət ili” çərçivəsində məktəbin fəaliyyət planına əsasən ibtidai siniflərdə şagirdələrin oxu bacarıqları yoxlanılmışdır.

    Yevlax şəhəri 3 nömrəli tam orta məktəbdə 26 noyabr, 27 noyabr, 28 noyabr 2017-ci il tarixlərində “Ümumi təhsildə keyfiyyət ili” çərçivəsində məktəbin fəaliyyət planına əsasən ibtidai siniflərdə şagirdələrin oxu bacarıqları yoxlanılmışdır.

    Təlim-tərbiyə işləri üzrə direktor müavini Xaliq Əliyevin II-IV siniflərdə apardığı monitorinq zamanı məlum olub ki, şagirdlər  müvafiq normalara uyğun oxu texnikasına yiyələniblər. Lakin buna baxmayaraq bəzi siniflərdə normativi yerinə yetirməkdə çətinlik çəkən şagirdlər olmuşdur. Bununla əlaqədar  həmin siniflərin müəllimlərinə tapşırılıb ki, bu uşaqlara xüsusi diqqət ayrılsın və əlavə məşğələlər təşkil edilsin.

       Yüksək nəticə göstərən şagirdlər isə fəxri fərmanla təltif ediliblər.