01.12.2017

Yevlax şəhəri 3 nömrəli tam orta məktəbdə 30 noyabr 2017-ci il tarixində kiçik fənn olimpiadası keçirilmişdir.

Yevlax şəhəri 3 nömrəli tam orta məktəbdə 30 noyabr 2017-ci il tarixində “Ümumi təhsildə keyfiyyət ili” çərçivəsində məktəbin fəaliyyət planına əsasən istedadları ilə fərqlənən şagirdləri aşkara çıxarmaq üçün kiçik fənn olimpiadası keçirilmişdir.

Məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Xaliq Əliyevin rəhbərliyi ilə keçirilən fənn olimpiadasında Azərbaycan dili, Riyaziyyat, Azərbaycan tarixi, Fizika, Kimya, Biologiya və Coğrafiya fənlərini əhatə etməklə IX-XI siniflər üzrə 50 nəfər şagird iştirak etmişdir. Şagirdlərə 30 sualdan ibarət qapalı test tapşırıqları verilmiş, 20-dən artıq suala düzgün cavab vermiş 24 şagird fənn olimpiadalarının rayon turuna vəsiqə qazanmışlar. Lakin buna baxmayaraq bəzi fənlərdən aşağı nəticə göstərən şagirdlər olmuşdur. Bununla əlaqədar  həmin fənlərin müəllimlərinə tapşırılıb ki, bu uşaqlara xüsusi diqqət ayrılsın və əlavə məşğələlər təşkil edilsin.

Yüksək nəticə göstərən şagirdlər isə fəxri fərmanla təltif ediliblər.