22.11.2017

Uşaq Gənclər İdman-Şahmat məktəbində idmanın sərbəst güləş növü üzrə fiziki  hazırlığını artıran uşaq və yeniyetmələr arasında açıq birincilik keçirilmişdir.

18 noyabr 2017-ci il tarixdə  Uşaq-Gənclər İdman Məktəbində idmanın sərbəst güləş növü üzrə fiziki  hazırlığını artıran uşaq və yeniyetmələr arasında açıq birincilik keçirilmişdir.

Bərdə, Ağdam və Tərtər rayonlarının təhsil şöbələrinin nəzdində fəaliyyət göstərən UGİM-lərin həmin yaş qrupundan olan idmançıları da dəvət  edilmişdir.

Uşaq-Gənclər İdman Məktəbində zalında start götürən açıq birincilikdə 200-dən çox idmançı öz çəki dərəcəsində gücünü öyrəndiyi texniki və taktiki fəndi döşək üzərində nümayiş   etdirmiş, müxtəlif çəki dərəcəsində döşək üzərində mübarizəyə qoşulmuş kiçik pəhləvanların qaliblərinə  medallar və fəxri fərmanlar təqdim edilmişdir.

Təltif olunanlar sırasında Şəhər 9 nömrəli tam orta məktəbin şagirdi Sənan Əlizadə, Şəhər 4 nömrəli tam orta məktəbin şagirdi Qasım Nəcəfov, Şəhər 8 nömrəli tam orta məktəbin şagirdi Nihad Məmmədli, Nemətabad kənd tam orta məktəbin şagirdi Faiq Mustafayev. Yuxarı Qarxun kənd tam orta məktəbin şagirdi Zamin Hüseynli, Aran qəsəbə 1 nömrəli tam orta mətkəbin şagirdi Vüqar Baxşəliyev, Şəhər 10 nömrəli tam orta məktəbin şagirdi  Muhəmməd  İsmayılov birinci, Şəhər 8 nömrəli tam orta məktəbin şagirdi Elvin Rubilov və şəhər 10 nömrəli tam orta məktəbin şagirdi  Sadiq İsmayılov ikinci  yerə çıxmışlar.