05.01.2018

 Şəhər 5 nömrəli tam orta məktəbdə biologiya fənni üzrə açıq dərs keçirilmişdir. 

05 yanvar 2018-ci il tarixdə şəhər 5 nömrəli tam orta məktəbdə biologiya fənni üzrə açıq dərs keçirilmişdir.

Açıq dərsdə məktəbin biologiya müəllimi Sevinc Quliyevanın rəhbərliyi altında VII sinif şagirdləri hər bir qrupun lideri və üzvləri olmaqla “Kokklar”, “Basillər”, “Spirillər”, “Vibrionlar” adları altında 4 qrupa bölünmüşdür.

Şagirdlər qarşılarında qoyulan, “bakteriyaların çoxalması hansı şəraitdə gedir”, “oksigenin tələbinə görə bakteriyalar neçə yerə bölünür” və belə xarakterli digər suallara aydınlıq gətiərək, elektron lövhə önündə biliyə, təqdimata, əməkdaşlığa görə müəllim tərəfindən qiymətləndirilirdilər.

Öz meyarları, qrupları və başlıcası uğurlu nəticələri ilə keçirilən açıq dərsdə şagirdlərdən Aysu Məmmədova, Fərid Əliyev, Xədicə Yusifbəyli, Jalə Cavadova, Aygün Mehdiyeva, Vüsal Məmmədov və digərləri öz reaksiyaları, suallara aydınlıq gətirmə metodları ilə daha çox fərqlənmişlər.

Dərsdə şəhərin 1 nömrəli  və 8 nömrəli məktəblərinin biologiya müəllimləri iştirak etmişlər.

Sonda Yevlax şəhər Təhsil şöbəsinin biologiya fənni üzrə metodisti Şəhla Fərzəliyeva və məktəbin direktoru Zərxanım Əhmədova çıxış edərək açıq dərsdə əldə olunanlar barədə rəylərini bildirərək, tövsiyə və məsləhətlərini səsləndirmişlər.

 


Açar sözlər: