19.01.2018

Yevlax rayon Yuxarı Qarxun kənd tam orta məktəbində “Qanlı Yanvar faciəsi” nin 28-ci ildönümü ilə əlaqədar tədbir keçirilmişdir.

19 yanvar 2018-ci il tarixdə Yevlax rayon Yuxarı Qarxun kənd tam orta məktəbində “Qanlı Yanvar faciəsi” nin 28-ci ildönümü ilə əlaqədar tədbir keçirilmişdir.

Tədbirdə məktəbin şagird və müəllim kollektivi iştirak etmişdır. Tədbiri giriş sözü ilə məktəbin direktor müavini Camal Bərxudarov açıq elan etmişdir.

Məktəbin tarix müəllimləri Rəşad Musayev və Sevdayə Baxışova faciənin baş vermə səbəbləri, faciə qurbanları haqda geniş məruzə ilə çıxış etmişlər.

Sonda şagirdlərin şeirləri və çıxışları dinlənilmişdir.

 


Açar sözlər: