19 yanvar 2018-ci il tarixində Yevlax rayon Kövər kənd tam orta məktəbində “20 Yanvar-müstəqilliyimizin şanlı səhifəsi" mövzusunda 20 Yanvar faciəsinin 28-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirilmişdir.
20 Yanvar hadisələri xalqımızın milli mənliyinə, milli azadlıq ruhuna qarşı təcavüz olduğu, totalitar sovet rejimi bu faciəni törətməklə özünün cinayətkar mahiyyətini bütün dünyaya bir daha nümayiş etdirdiyi, lakin bu dəhşətli cinayət və axıdılan nahaq qanlar xalqımızın mübarizə əzmini qıra bilmədiyi tədbir iştirakçılarının nəzərinə çatdırılmışdır.
Məktəbin tarix müəllimi Bakir Quliyev 20 Yanvar özümüzü bir millət kimi tanıdığımız və dərk etdiyimiz gün, həm də Azərbaycanın istiqlal yolunda fəth etdiyi ilk zirvələrdən, xalqımızın milli-azadlıq ruhu və məfkurəsinin oyanış günü olduğundan bəhs etmişdir.
Sonda şagirdlər 20 Yanvar faciəsinə həsr edilmiş şeirlər söyləmiş, səhnəciklər göstəmişlər.