19.02.2018

“Təhsildə inkişaf və innovasiyalar üzrə qrant müsabiqəsi” elan edilməsi ilə əlaqədar tədbir keçirilib

 Azərbaycan Respublikası Təhsil Nazirliyi 2018-ci il üzrə “Təhsildə inkişaf və innovasiyalar üzrə qrant müsabiqəsi” elan edilməsi ilə əlaqədar 15 fevral 2018-ci il tarixdə Yevlax şəhər Təhsil şöbəsinin akt zalında geniş təqdimatla 103 nəfər məktəb direktoru və pedaqoji heyəti əhatə edən tədbir keçirilib.

 Metodiki kabinetin müdiri Xaləddin Niftəliyev Nazirliyin  tövsiyyəsi əsasında müsabiqənin məqsədi, keçirilmə qaydaları,  şərtləri, müddətli barədə  ətraflı məlumat verərək, iştirakçıların suallarını cavablandırıb.

Təqdimat elektron variantda rayonun təhsil müəssisələrinə göndərilməklə, bütün pedaqoji işçilərə nümayiş etdirilməsi tövsiyyə olunub.

 


Açar sözlər: