21.02.2018

Beynəlxalq Ana dili günü ilə əlaqədar tədbirlər keçirilib.

21 fevral 2018-ci il tarixdə Yevlax şəhər 9 nömrəli tam orta məktəbdə Beynəlxalq Ana dili günü ilə əlaqədar VI, VII, VIII və XI sinif şagirdlərinin iştirakı ilə tədbir keçirilib.

Tədbirdə məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi Maviyə Kərimova çıxış edərək Azərbaycan dilinin zənginliyindən və millətimizin maddi və mənəvi irsini qoruyan, inkişaf etdirən ən mühim və güclü vasitə olduğunu bildirərək, elektron lövhə vasitəsilə Ulu Öndər Heydər Əliyevi Azərbaycan Dili haqqında söylədiyi ibrətamiz fikirlər şagirdlərin diqqətinə çatdırıb.


Açar sözlər: ,