15.02.2018

Qaraməmmədli kənd tam orta məktəbdə Azərbaycan tarixi fənnindən açıq dərs keçirilib.

14 fevral 2018-ci il tarixdə Yevlax rayon Qaraməmmədli kənd tam orta məktəbdə Azərbaycan tarixi fənni üzrə “Səfəvilər dövlətinin yaranması və yüksəlişi” mövsuzunda açıq dərs keçirilib. Fənn müəllimi Gülnar Həsənovanın 10-cu sinifdə müasir təlim proqramına uyğun olaraq keçirilən dərsdə şagirdlərin fəallığı hiss olunurdu.

Açıq dərsdə Yevlax şəhər Təhsil şöbəsinin metodisti Mirtaleh İsmayılzadə, ərtaf məktəblərin rəhbərləri, məktəb rəhbərliyi və fənn müəllimləri iştirak etmişlər.

Sonda dərsin keçirilməsi haqqında iştirakçılar öz fikirlərini bildiriblər.

 


Açar sözlər: