21.02.2018

 21 fevral 2018-ci il tarixdə Beynəlxalq Ana dili günü ilə əlaqədar tədbirlər keçirilib

    Yevlax rayon Kövər kənd tam orta məktəbdə 21 fevral 2018-ci il tarixdə Beynəlxalq Ana dili günü ilə əlaqədar tədbirlər keçirilib.

    Məktəbin pedaqoji kollektivi, valideyn və şagirdlərin iştirak etdiyi tədbirlərdə Beynəlxalq Ana Dili Gününün tarixindən danışılıb, özünəməxsusluğu ilə seçilən Azərbaycan dilinin keçdiyi inkişaf yoluna nəzər yetirilib.

      Tədbirlərdə şagirdlərə öz doğma dilinin varlığını hiss etmək, onunla qürur duymaq, onu qorumaq, inkişaf etdirməklə bağlı söhbət açılıb.

    Şagirdlər ana dilimizə həsr edilən şeirlər, müdrik kəlamlar, mahnılar söyləyib və ədəbi-bədii kompozisiyalar nümayiş etdiriblər.