21.02.2018

Beynəlxalq Ana Dili Gününə həsr olunmuş “Ana dilim” adlı tədbir keçirilib.

      21 fevral 2018-ci il tarixdə  Yevlax şəhər 10 nömrəli tam orta məktəbdə Beynəlxalq Ana Dili Gününə həsr olunmuş “Ana dilim” adlı tədbir keçirilib.

      Tədbirdə məktəb rəhbərliyi, müəllim və şagirdlər iştirak ediblər.

      Giriş sözü ilə çıxış edən məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi İlayə Hüseynova Ana dilimizin kamil qrammatik quruluşa, zəngiz söz fonduna, geniş istifadə imkanlarına, mükəmməl əlifbaya, yüksək səviyyəli yazı normalarına malik bir dil olduğunu bildirib.

      Şagirdlər arasında “Mənim ana dilim” inşa müsabiqəsində məktəbin VIII sinif şagirdi Pərvanə Baxşəlizadə  1-ci yerə layiq görülüb.

      Sonda şagirdlər hazırladıqları səhnəcikləri nümayiş etdirib, ana dilinə aid şeirlər səsləndiriblər.