26.02.2018

26 fevral Xocalı soyqırımı ilə bağlı anım tədbiri keçirilib.

26 fevral Xocalı soyqırımı ilə bağlı Yevlax şəhər 6 nömrəli və şəhər 9 nömrəli tam orta məktəblərində anım tədbiri keçirilib.

Tədbirdə çıxış edən natiqlər erməni vandalizminin zaman-zaman xalqımızın başına gətirdikləri faciələrdən və bu faciələrin ən böyüyü olan Xocalı faciəsi barədə şagirdlərə məlumat verilib.

Məktəblərin şagirdləri tərəfindən Xocalı faciəsinə aid şeirlər söylənilmiş, kompozisiyalar göstərilmiş və sonda Xocalı soyqırımına aid şagirdlərin çəkdikləri rəsmlər nümayiş etdirirlib.

 

 


Açar sözlər: