28 fevral 2018-ci il tarixdə Yevlax şəhər Təhsil Şöbəsinin akt zalında müəllimlərin Diaqnostik Qiymətləndirilməsində zəif nəticə göstərən ibtidai sinif müəllimləri üçün təlimati seminar keçirilib.
Seminarda şəhər Təhsil şöbəsi Metodkabinetinin müdiri Xaləddin Nİftəliyev müəllimlərə Diaqnostik Qiymətləndirmənin məqsəd və mahiyyəti, qaydaları barədə bir daha məlumat verərək rayon üzrə ibtidai sinif müəllimlərinin Diaqnostik Qiymətləndirmə zamanı topladığı balların ümumi nəticələrini təhlil edilib.
Şəhər Təhsil Şöbəsinin ibtidai siniflər üzrə metodisti Ulduzə İsmayılova “İbtidai sinif müəllimlərinin elmi-nəzəri metodiki səviyyəsini artırılması”, şəhər 3 nömrəli məktəbin direktor müavini Xaliq Əliyev “Məktəb rəhbərlərinin Diaqnostik Qiymətləndirmədə az bal toplayan müəllimlərlə apardığı işlərin xüsusiyyətləri” mövzularında təqdimat edib.
Yekunda müəllimləri maraqlandıran suallar cavablandırılıb.