23 fevral 2018-ci il tarixdə Yevlax şəhər 2 nömrəli tam orta məktəbdə Rusiya Federasiyası Müstəqil Dövlətlər Birliyi, Xaricdə yaşayan Həmvətənlilərlə İş və Beynəlxalq Humanitar Əməkdaşlıq üzrə Federal Agentliyin (“Rossotrudnichestvo”) Azərbaycan Nümayəndəliyi ilə birgə X Respublika rus dili və ədəbiyyatı olimpiadası keçirilib.
Olimpiada da Yevlax, Bərdə, Zərdab. Beyləqan və Ağcabədi rayonlarından 138 nəfər VII-VIII sinif şagirdi iştirak edib. Şagirdlərin nəzəri bilikləri test üsulu ilə yoxlanılıb və “Gənc natiq” müsabiqəsində iştirak ediblər. İştirakçıların hər birinə sertifikat təqdim edilib.
Müsabiqənin nəticəsi Agentlik tərəfindən yekunlaşdırılaraq yerlərə çatrırılacaqdır.
Sonda rayonların bir qrup təhsil işçiləri olimpiadanın işində fəal iştirakına görə Rusiya Səfirliyi tərəfindən “Təşəkkürnamə” ilə təltif olunub.